EN

"Real"ın müdafiəçisi mövsümün qalan hissəsini buraxacaq

İspaniyanın "Real" klubunun almaniyalı müdafiəçisi Antonio Rudiger zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.

"Report" xəbər verir ki, Rudiger "Barselona" ilə Kral Kubokunun final matçının (2:3) 111-ci dəqiqəsində dizində problem yarandığı üçün əvəzlənib.

Madrid klubu alman futbolçunun sol dizindəki yan menisküsün cırılması səbəbindən bu gün əməliyyat olunduğunu açıqlayıb.

“Marca”nın məlumatına görə, Rudigerin sağalma müddəti 6-8 həftə aralığında olacaq.

Chosen
2
2
report.az

3Sources