“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin Çempionlar Liqasının finalı ilə bağlı təxminini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, “Evening Standard” portalına danışan keçmiş oyunçu bunları deyib:
“Final “Arsenal” ilə “Barselona” arasında olacaq. “Real”ın “Arsenal”a qarşı oyununu xatırlayın. Nə qədər cəhd etdilər, çalışdılaq, ancaq istədikləri futbolu oynaya bilmədilər”.
Çempionlar Liqasında yarımfinalda “Arsenal” PSJ, “Barselona” isə “İnter”lə qarşılaşacaq.