EN

Poqba bu klubla danışıqlar aparır

Fransız futbolçu Pol Poqba karyerasını ABŞ-də davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb.

Mənbənin sözlərinə görə, "DS Yunayted" Poqba ilə danışıqlar aparır. Qeyd olunur ki, klub MLS-də futbolçu ilə danışıqlar aparmaq üçün prioritet hüquqlara malikdir.

Poqbanın son komandası futbolçunun keçən ilin oktyabrında müqaviləsini ləğv etdiyi "Yuventus" olub. Onun antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiyası martda başa çatıb.

Chosen
1
publika.az

1Sources