Bakı. Trend:
Azərbaycanın makroprudensial siyasət sahəsində institusionalstrukturu bütövlükdə keyfiyyətli tənzimləmə prinsiplərinə cavabverir və makroprudensial siyasət strategiyalarının dərc olunmasıəsasına daha da güclənə bilər.
Trend xəbər verirki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmişhesabatında deyilir.
“Mövcud sistemə əsasən, bütün makroprudensial səlahiyyətlərAzərbaycan Mərkəzi Bankında (AMB) cəmləşib və bu, “AzərbaycanRespublikasının Mərkəzi Bankı haqqında” Qanunla təsbit olunub.Qanun Mərkəzi Bankın mandatını müəyyənləşdirir və müvafiqsəlahiyyətlər verir. Son illərdə qəbul olunmuş çoxsaylı tədbirlərdövlət qurumlarının həm qərarlılıq, həm də fəaliyyət qabiliyyətinəmalik olduğunu göstərir. Aydın məqsədlər və əsas göstəricilər əksetdirilən makroprudensial siyasət strategiyasının dərc olunmasıuyğun alətlərin tətbiq olunacağı vaxtların müəyyənləşdirilməsinə,ictimaiyyətlə əlaqələrin qurulmasına və şəffaflıqla yanaşıhesabatlılığın artırılmasına töhfə verəcək”, – deyə hesabatda qeydolunur.
Qeyd edilir ki, yüksək dollarlaşma ilə bağlı valyuta risklərinəqarşı bankların dayanıqlılığını artırmaq məqsədilə makroprudensialalətlərin formalaşdırılması sahəsində mühüm irəliləyiş əldəolunub.
“2015-ci ildə keçirilmiş msektorunun qiymətləndirilməsiproqramından bəri AMB geniş makroprudensial alətlər toplusuyaradıb. Bu topluya borcalanlara yönəlik tədbirlər, 36 kapitalbuferləri (o cümlədən, dövriyyə əleyhinə kapital buferi və sisteməhəmiyyətli banklar üçün əlavə kapital tələbi), iri kreditrisklərinə və açıq valyuta mövqelərinə məhdudiyyətlər, valyutadepozitlərinə qarşı ehtiyat norma tələblərinin artırılması vəlikvidlik tədbirləri – o cümlədən, 2023-cü ildə Basel IIIçərçivəsində tətbiq edilən likvidlik əhatə əmsalı (LiquidityCoverage Ratio) daxildir. 2025-ci il martın 1-dən etibarən banklarüçün 0,5 faiz həcmində dövriyyə əleyhinə kapital buferi qüvvəyəminəcək”, – deyə BVF analitikləri bildiriblər.
Hesabatda vurğulanır ki, AMB bank nəzarəti üzrə BazelKomitəsinin beynəlxalq standartlarının milli şəraitəuyğunlaşdırılmış formada tətbiqi sahəsində ciddi səylər göstərib,prudensial tələbləri, korporativ idarəetmə və risklərin idarəedilməsi standartlarını gücləndirib.
“Bu təkmilləşdirmələrin bir çoxu hələ ilkin tətbiqmərhələsindədir. 2024–2026-cı illər üzrə Maliyyə sektorunun inkişafstrategiyasına əsasən, AMB prudensial standartlar kimi Basel IIItələblərini tətbiq edir. Bundan əlavə, beynəlxalq qabaqcıltəcrübəyə əsaslanan yeni risk yönümlü nəzarət modeli hazırlanıb vəbu model üzrə pilot layihənin 2025-ci ilin əvvəlində başlanmasınəzərdə tutulur. Nəzarət tədbirlərinin gücləndirilməsindən sonraprudensial tələblərə tam cavab verən bankların sayı artmışdır”, –deyə BVF qeyd edir.