EN

Ankara Pakistana altı təyyarə silah-sursat göndərməsi xəbərini təkzib edir

Türkiyə Pakistana silahla dolu 6 təyyarə göndərməsi ilə bağlı xəbərləri təkzib edib.

Herbiand.az xəbər verir ki, bu barədə Türkiyə Cumhurbaşkanlığı Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzinin açıqlamasında bildirilir.

"Bəzi KİV-lərin yaydığı "Türkiyə Pakistana silahla dolu 6 təyyarə göndərib" iddiaları həqiqətə uyğun deyil. Türkiyədən havaya qalxan nəqliyyat təyyarəsi yalnız yanacaq doldurmaq üçün Pakistana enib, bundan sonra planladığı marşrutla davam edib".

Bəyanatda həmçinin ictimaiyyəti yalnız məmurların açıqlamalarına inanmağa, spekulyativ nəşrlərə əhəmiyyət verməməyə çağırıb.

Chosen
2
8
herbiand.az

8Sources