EN

"Neftçi"dən 1600-cü qol

“Neftçi” ölkə çempionatlarında 1600-cü qolunu vurub.

"Football-plus.az" xəbər verir ki, yubiley topuna Andrey Ştoqrin imza atıb.

O, Misli premyer-liqasının 32-ci turunun “Sumqayıt”la səfər oyununda (2:2) komandasını məğlubiyyətdən xilas edən sonuncu qolun müəllifi olub. Bakı klubu 1992-ci ildən keçirilən ölkə çempionatlarındakı 1600-cü qolu 957-ci oyununda vurub.

“Ağ-qaralar”ın orta məhsuldarlığı 1,67-yə bərabərdi. Paytaxt təmsilçisi evdə 923, səfərdə 657, neytral meydanda 20 qola sevinib.

“Neftçi” yarışın tarixində 1600 və ya daha çox qol vuran 2-ci komandadı. “Qarabağ”ın hesabında 1606 qol var.

Qeyd edək ki, “Neftçi” milli çempionatlarda ilk qolunu Sumqayıtın digər təmsilçisi “Xəzər”lə görüşdə 1992-ci il mayın 8-də vurub. Tarixi topa Yunis Hüseynov imza atıb.

Chosen
0
17
football-plus.az

10Sources