EN

ROG Strix SCAR 18 (2025) - Mobil qeyminqin yeni komprromissiz erası- İCMAL (FOTO)

Bakı. Trend:

Heç kimə sirr deyil ki, ASUS şirkəti özünü yüksək texnologiyalıqurğular sahəsinin liderlərindən biri kimi təsdiqləyərək,istifadəçiləri iş və əyləncə üçün innovativ həllərlə təmin edir.Şirkət ələlxüsus Republic of Gamers (ROG) oyun seriyasın xüsusidiqqət ayırır və beləcə ildən ilə kompüter texnologiyaları aləmindəyeni standardların əsasını qoymuş olur. ASUS təkcə trendlərin“arxasınca düşmür”, o, eyni zamanda, qeyminq və peşəkar iş aləmininyeni yollarını salaraq, istifadəçilərə bazarda əlçatan olan ənyaxşı həlləri təklif edir. Məhz buna görə ROG oyun noutbukları,artıq uzun müddətdir ki, güc və məhsuldarlıq etalonuna çevrilib. Buseriya həmişə öz innovasiyaları ilə təəcübləndirir və 2025-ci il bubaxımdan istisna deyil. Bu gün biz sizə Strix SCAR 18 modeli barədə söz açacağıq.

ASUS ROG Strix SCAR flaqman seriyası oyun noutbuklarının qlobalbazarının ən güclü həlli kimi öz statusunu çoxdan möhkəmləndirib.Bu il seriya yeni mərhələyə qədəm qoyur. Strix SCAR 18 təkcə ciddiməhsuldarlıq artımı ilə deyil, həm də onu yalnız oyunçular üçündeyil, eyni zamanda. gücünün sərhədlərində işləyən və oynayan hərkəs üçün bir alətə çevirən unikal texniki xüsusiyyətlərlə təchizolunub.

QISA TEXNİKİ XÜSUSİYYƏTLƏRİ

ROG Strix SCAR 18 2025 (G835)

Əməliyyat sistemi

Windows 11 Pro

Displey

18 düym, 2.5K (2560 × 1600 WQXGA), mini-LEDişıqlandırma, 2000-dən çox qaralma zonası, 240 Hz / 3 ms, ACRtexnologiyası, 100% DCI-P3 rəng əhatəsi, Pantone təsdiqli, G-SYNC®və Dolby Vision® dəstəyi.

Prosessor

Intel® Core™ Ultra 9 275HX - maksimumkomplektasiya

Qrafik nüvə

noutbuklar üçün NVIDIA® GeForce RTX™ 5090 videokartı -maksimum komplektasiya

Əməli (operativ) yaddaş

64 QB-a qədər DDR5-5600 Мqz (2 х SO-DIMM)modullarında

Fiziki yaddaş

Maksimal komplektasiyada PCIe® 4.0 NVMe™ M.2interfeysli 2 TB + 2 TB bərk vəziyyət yaddaş qurğuları (RAID0dəstəyi) quraşdırılıb.

Giriş/Çıxış portları

2 x Thunderbolt™5 Type-C®/DisplayPort™ 2.1/PowerDelivery 3.1/G-sync
3 x USB 3.2 Gen2 Type-A

1 x elektrik enerji giriş yuvası
1 x 2.5G LAN portu
1 x HDMI® 2.1 FRL portu
1 x vahid (kombinə olunmuş) audiogiriş: mikrofon və qulaqlıqüçün

Klaviatura və taçpəd

Membran tipli, işıqlı klaviatura və Copilot düyməsimövcuddur. Hər düyməyə fərdi RGB işıqlandırma və Aura Synctexnologiyası dəstəklənir.

Simsiz interfeys

WiFi 7

LAN

2.5G LAN

Audio

İntellektual gücləndirici

Dolby Atmos®

Hi-Res Audio

İkitərəfli intellektual səs-küy azaldan

Akkumlyator

90 Vт·s

Qida adapteri

380 Vt

Korpus

Qara

Əlavə məlumatlar

Korpus ətrafında və ROG loqosu üzərində Aura Sync dəstəyi iləRGB işıqlandırma,

AniMe Vision işıqlandırma funksiyası.

Komponentlərə alətsiz çıxış imkanı.

Ölçülər

39,9 x 29,4 x 2,31 ~ 3,08 sm

Çəki

3,5 kq

Yeni nəsilin məhsuldarlığı

Maksimal konfiqurasiyada noutbuk Intel® Core™ Ultra 9 275HXprosessoru ilə təchiz olunur — bu, 24 nüvəli və yüksək takttezlikli güclü çipdir, eyni anda ən çox resurs tələb edəntapşırıqları emal etmək üçün nəzərdə tutulub. İstər canlı yayım,çoxaxınlı renderləmə, modelləşdirmə olsun, istərsə də AAA səviyyəlioyunlar— bu prosessor bu kimi çətin tapşırıqların öhdəsindən bir anbelə ləngimədən gəlir.

Onu bazarda mövcud olan ən güclü mobil qrafik kartı — NVIDIA®GeForce RTX™ 5090 tamamlayır. Ən son şüa izləmə texnologiyaları,DLSS dəstəyi və nəhəng videoyaddaş həcmi bu modeli təkcə oyunlarüçün deyil, həm də 3D qrafikadan tutmuş 8K videomontaja qədərpeşəkar tətbiqlər üçün ideal edir.

Tətbiqi: maksimum ayarlar — bu model üçün bir standartdır.

ROG Strix SCAR 2025 təkcə istənilən oyunu işə salmaqlakifayətlənmir — bunu ultra ayarlarda, əvvəllər yalnız stasionarkompüterlərdə mümkün olan kadr tezliyi ilə edir. Şüa izləməli,yüksək tələbatlı ən son oyunlarda belə sistem 2.5K icazədə sabitlikvə axıcılıq nümayiş etdirir. Oyundan əlavə, noutbuk peşəkar işlərüçün də əla seçimdir: “Blender”, “Unreal Engine”, “DaVinciResolve”da montaj, CAD vizuallaşdırma — bütün bunlar necə deyərlər,"qutudan çıxan kimi" əlçatan olur.

Soyutma sistemi: innovasiya detallardadır.

Yeni modellərin əsas xüsusiyyətlərindən biri yenilənmiş soyutmasistemidir. Bu sistemə buxar kamerası, üç kulerli “Tri-FanTechnology” texnologiyası və “Conductonaut Extreme” maye metaltermointerfeysi daxildir. Belə arxitektura istiliyin bərabərpaylanmasını və həm mərkəzi prosessorun, həm də qrafik prosessoruneffektiv soyudulmasını təmin edir.

Daxili məkan yüksək yüklənmə zonalarında istilik yığılmasınınqarşısını alacaq şəkildə təşkil olunub. Hətta uzunmüddətli oyunsessiyaları və ya render zamanı belə, korpus qızmır və trottlinqtam aradan qaldırılıb.

Yeni nəsil ekran

ROG Strix SCAR 18 modeli ROG Nebula HDR Mini LED displey ilətəchiz olunub. Bu ekran 2.5K (2560 × 1600) icazəyə, 240 Hz yeniləmətezliyinə və 3 ms reaksiya vaxtına malikdir. 2000-dən çox lokalqaralma zonası, Dolby Vision®, G-SYNC®, ACR (Adaptive ContrastRefinement) dəstəyi, DCI-P3 rəng məkanının 100%-lik əhatəsi vəPantone Validated sertifikatı sayəsində təsvir inanılmaz dərəcədədərin, rəng ötürməsi dəqiq və dinamik diapazon geniş olur. Maksimum1200 nit parlaqlıq səviyyəsi sayəsində təsviri birbaşa günəş şüasıaltında olduqda belə aydın görmək olur.

Dizayn, təkmilləşdirmə və interfeyslər

Xarici görünüş baxımından noutbuk müasir və aqressivdir. Korpusqara rəngdədir, ətraflardan RGB işıqlandırma keçir, qapağına isəkastom təsvir və animasiyalar əks etdirən “AniMe Vision”işıqlandırma yerləşdirilib. Eyni zamanda ROG loqotipi dəişıldayır.

Komponentlərə giriş asanlaşdı – alətə ehtiyac yoxdur

Noutbukun əməli (operativ) yaddaşını (DDR5-5600, 64 QB-a qədər )və SSD-ni (hərə 2 TB-ə qədər RAID 0 dəstəkli iki SSD işlətmək olur)çox asan şəkildə dəyişmək mümkündür.

Bütün bunlar ASUS-un ilk dəfə ROG Strix SCAR 18 modelində tətbiqetdiyi yeni təkmilləşdirmə sistemi sayəsində mümkün olub. RAM vəyaddaş modullarına çıxış üçün artıq alətlərə ehtiyac yoxdur –sadəcə alt paneldəki xüsusi düyməni sürüşdürmək və paneli aşağıçəkmək kifayət edir. Əlavə SSD qoşmaq Q-latch bərkidicilərisayəsində alətsiz həyata keçirilir. Bu texnologiya ilk dəfə ROG anaplatalarında tətbiq olunmuşdu.

Belə modulluq gələcəkdə sistem imkanlarını genişləndirməyiplanlaşdıran istifadəçilər üçün xüsusi önəm kəsb edir.

Portlara gəlincə, hər iki noutbukda aşağıdakılartəklif olunur:

  • 2 x Thunderbolt™ 5 Type-C® / DisplayPort™ 2.1 / PowerDelivery 3.1 / G-SYNC

  • 3 x USB 3.2 Gen2 Type-A

  • HDMI® 2.1 FRL

  • Elektrik qida yuvası

  • 2.5G LAN

  • Vahid (kombinə olunmuş) audiogiriş

Audio və avtonomluq

Səs sistemi Dolby Atmos®, Hi-Res Audio və ağıllı gücləndiricitexnologiyalarını dəstəkləyir, bu da zəngin və əhatəli səslənməyaradır. İkitərəfli ağıllı səs-küy azaldıcı sistemi isə, həttasəs-küylü mühitdə belə, kristal kimi aydın səs ötürülməsini təminedir.

90 Vt·saatlıq geniş tutumlu batareya və 380 Vt gücündə enerjibloku noutbukun həm səfərdə, həm də tam yüklənmə zamanı sabitişləməsinə imkan verir.

ROG Strix SCAR 16

Nisbətə yığcam Strix SCAR 16 modeli də diqqətəlayiqdir. Model ROG Nebula HDR Mini LED matritsalı 16 düymlükdispleylə təchiz olunub, eyni zamanda, daha böyük Strix SCAR18modelinin bütün texniki üstünlüklərinə sahibdir. Arada olan cüzifərqlər aşağıdakı cədvəldə göstərilib.

Texniki xüsusiyyətləri

SCAR 16 (G635)

SCAR 18 (G835)

Ekran diaqonalı

16"

18"

Ölçülər

35,4 × 26,4 × 2,26-3,04 sm

39,9 × 29,4 × 2,31-3,08 sm

Çəki

2,8 kq

3,5 kq

RAID dəstəkləmə

RAID 0 - iki ədəd SSD

RAID 0 dəstəkləyir

ROG Strix SCAR 18 (2025) kompromisslər üçün nəzərdə tutulmamışbir noutbukdur. Bu cihaz maksimal məhsuldarlıq, ən yeni soyutmatexnologiyaları, premium səviyyəli ekran və daxili təkmilləşdirməyətam nəzarət imkanı təqdim edir. Bu, resurs tələb edən kontentləişləyən peşəkarlar və mükəmməl keyfiyyət istəyən oyunçular üçünideal seçimdir.

Bu, sadəcə ROG seriyasının növbəti yenilənməsi deyil –bu, gələcəyə atılan bir addımdır.

Qeyd etmək istərdik ki, ASUS istifadəçilərə innovativnoutbuklarla yanaşı, rahat ASUS Perfect Warranty genişlənmişzəmanət proqramı da təklif edir. 2025-ci il yanvarın 1-dən etibarənalınmış ASUS, ROG və TUF noutbuk sahibləri bu proqram çərçivəsindəistehsalçı zəmanətinə daxil olmayan zədələrdən cihazlarınınqorunmasını əldə edirlər. ASUS ehtiyatsızlıqdan əldən yerəsalmalar, maye ilə zədələnmələr, gərginlik sıçrayışları və fizikiqırılma hallarında da noutbuk sahiblərinə dəstək göstərir. ASUSPerfect Warranty imkanlarından yararlanmaq üçün istifadəçilər ASUShesabı yaratmalı və cihazı alış tarixindən etibarən 90 gün ərzindəqeydiyyatdan keçirməlidirlər.

Məqalədə:
Chosen
1
az.trend.az

1Sources