EN

“Fitch Ratings” növbəti illər üçün qızılın qiyməti üzrə proqnozunu artırdı

BAKI, 29 aprel. TELEQRAF

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2025-2028-ci illər üzrə qızılın orta qiyməti ilə bağlı proqnozunu açıqlayıb.

Teleqraf xəbər verir ki, agentlik cari il üzrə qızılın bir unsiyasının qiyməti üzrə proqnozunu 2,100 dollardan 2,400 dollara artırıb.

2026-cı üzrə proqnoz 1,700 dollardan 2,100 dollara, 2027-ci il üzrə proqnoz isə 1,700 dollardan 2,000 dollara çatdırıb.

“Fitch” 2028-ci ildə qızılın unsiyasının orta qiymətinin 1,800 dollar olacağını proqnozlaşdırıb. Agentlik orta dövr üzrə qiymətli metalın 1,600 dollar olacağı ilə bağlı proqnozunda dəyişiklik etməyib.

Chosen
0
teleqraf.com

1Sources