EN

Tibb mütəxəssislərinin bilik və bacarıqlarının qiymətləndirilməsi, davamlı inkişafı üçün müvafiq tədbirlər görülür – Soltan Məmmədov

Bakı. Trend:

Seçicilərimizlə, xüsusən də səhiyyə işçiləri ilə görüşlərdəartıq illərdir ki, sertifikasiya məsələsi ən çox müzakirə olunanməsələlərdəndir. Bu gün hətta sertifikasiya aparılmayan sahələrdədə müvafiq mütəxəssislərin bilik və bacarıqlarınınqiymətləndirilməsi, davamlı inkişafı üçün müvafiq tədbirlərgörülür.

Trend xəbərverir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsininüzvü Soltan Məmmədov komitənin bu gün keçirilən iclasında çıxışızamanı deyib.

Millət vəkili vurğulayıb ki, səhiyyə sahəsində sertifikasiyaşəhadətnaməsinin alınması çox önəmlidir:

“Lakin hər zaman qarşıya çıxan suallar ondan ibarət idi ki, bumexanizm beynəlxalq təcrübəyə nə qədər uyğun gəlir? Bu suallara bugün cavab aldıq. Mütəxəssislərin beş ildən bir imtahana hazırlaşıbimtahandan keçməsi onların o müddət ərzində davamlı bilik vəbacarıqlarının inkişafı prosesinə dəstək olur. Peşəkar inkişafınqiymətləndirilməsi mexanizmi təkcə səhiyyə mütəxəssislərinindavamlı olaraq beynəlxalq tədbirlərdə iştirakı deyil, eyni zamandatibbi, elmi müəssisələrin özlərinin akkreditasiyadan keçməsi üçündə zəmin yaradacaq”.

Deputat qeyd edib ki, humanist tədbir - 6 aylıq əməkhaqqınınsaxlanılması təqdirəlayiqdir.

"Hər birimiz çalışmalıyıq ki, elmi, təhsil tədbirlərininakkreditasiyası və ya normatik hüquqi aktların hazırlanması zamanımütləq qaydada aktiv iştirak edək. Həmin o sənədlərinhazırlanmasında hansı tədbirlər həyata keçiriləcək, kreditballarının toplanması prosesi necə təşkil olunacaq – bunlara xüsusiönəm verilməlidir. Lakin ən əsası odur ki, 5 il gözləyib imtahanverməkdənsə, tibb mütəxəssisləri üçün həmin müddət ərzində öz bilikvə bacarıqlarının inkişaf etdirilməsi üçün stimul olacaq”, - deyəS.Məmmədov fikrini tamamlayıb.

Məqalədə:
Chosen
5
1
az.trend.az

2Sources