EN

Qəzza zolağında 24 saat ərzində 57 fələstinli həlak olub

İsrailin Qəzza zolağına son 24 saat ərzində endirdiyi zərbələr nəticəsində azı 57 fələstinli həlak olub.

Vətəninfo.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, İsrail qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 57 nəfər ölüb, daha 153 nəfər yaralanıb. Dağıntılar altından çıxarılan daha əvvəl dünyasını dəyişən 14 nəfərin cəsədinin bölgədəki xəstəxanalara aparıldığı da bildirilir.

Səhiyyə Nazirliyi aydınlaşdırıb ki, 7 oktyabr 2023-cü ildən bəri İsrail ordusunun əməliyyatları nəticəsində ölənlərin sayı 52 314 nəfərə çatıb, 117 792 nəfər yaralanıb.

Chosen
3
veteninfo.az

1Sources