EN

ABŞ “Patriot” HHM sisteminin Rumıniyaya satışını təsdiqləyib

ABŞ hökuməti 280 milyon dollar dəyərindəki “Patriot” hava hücumundan müdafiə (HHM) sisteminin Rumıniyaya satışını təsdiq edib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, sifarişə “Patriot” HHM sistemi və digər avadanlıqların satın alınması ilə yanaşı, təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi də daxildir.

Sözügedən sifarişin baş podratçı ABŞ-ın “RTX Corporation” və “Lockheed Martin” şirkətləri olacaq.

Chosen
2
poliqon.az

1Sources