EN

"Əfqanıstanda destruktiv cəhdlərin qarşısı alınmalıdır" - Əli Nağıyev

"Əfqanıstanda vəziyyətin gərgin qalmasında maraqlı olan pozucu qüvvələrin və terror qruplaşmalarının destruktiv cəhdlərinin qarşısının alınmalıdır".

 

Sfera.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Bakıda  “Əfqanıstan: regional təmaslar, təhlükəsizlik və inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

 

Xidmət rəisi qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd  Əfqanıstanla bağlı məsələdə vahid mövqe ortaya qoyulmasıdır:

 

"Əfqanıstanın beynəlxalq münasibətlər sistemində öz yerini tutması, bu ölkədə əmin-amanlığın təmin edilməsi vacibdir. Bütün bunlar üçün region ölkələri və digər dövlətlər koordinasiyalı fəaliyyət və birgə səy göstərəcəklər".

Chosen
0
11
sfera.az

10Sources