EN

Komitə sədri "Azəriqaz" İB-dəki "islahatlar"ı görünməyən tərəflərini sadaladır: "Qaz təsərrüfatından anlayışı olmayan şəxslərin yüksək postlara gətirilməsi..."

""Azəriqaz İB -nin yeni strukturunun ştat vahidləri düzgün tərtib olunmayıb"

Mia.az xəbər verir ki, bu barədə "Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib.

O bildirib ki, “ Azəriqaz İB-nin yeni strukturunda rayon qaz istismar xidmətlərində ştat sayının azaldılması və Regional qaz istismarı idrələrində ştatların coxaldılması addımı qeyri-peşakər addım hesab olunur:

MİRVARİ QƏHRƏMANLI

Məsələn:

Sual oluna bilər: Göyçay rayon sayğac əməliyyatlarına təyin olunan 11 ci dərəcəli mühəndis metrologiya üzrə il ərzində öz vəzifə öhdəliklərini icra edə bilərmi?

Bildiyimiz kimi il ərzində 2025-ci il üçün 1908 iş saatı nəzərdə tutulub 1 saat ərzində 3 sayğac əvəz edə bilsə buda il ərzində 5700 sayğac edir lakin mühəndis metrolqun işi təkcə sayğac əvəz etməkdən ibarət deyil, onun aşağıda göstərilən əmək funksuyası mövcuddur:

İndi gəlin Ağsu RQİİ də olan işçi sayına və Regiondan bir başa metroloqa göstəriş verənlərin sayına:

Bu ştat vahidlərini kim tərtib edib?

İndi gəlin araşdıraq: il ərzində 1908 saat iş saatı mövcuddur bununda 21 gün yəni 168 saat çilingər məzuniyyətdə olmağını nəzərə alsaq 1740 saat işləməliir. Belə olan halda gərək cilingər bir saata 6 abonentin qaz təsərrüfatina baxiş keçirməli, akt tərtib etməlidir. Təhsili olmayan, bir şəxs bu öhdəliyi yerinə yetirə biləcəkmi? Mümkün deyil. O cilingər sizi aldadacaq, nömrəli aktları çayxanalarda, parklarda yazib abonentin yerinə özü imza atacaq..."

Samir MUSAYEV

MİA.AZ

Chosen
0
4
mia.az

5Sources