Almaniya II Bundesliqasında çıxış edən “Nürnberq”in azərbaycanlı futbolçusu Mahir Emreli zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, ötən tur “Fortuna”ya qarşı keçirilən matçda 28 yaşlı futbolçu bilək sümüyündən zədə alıb. Futbolçunun xüsusi hazırlanmış şinlə məşqlərə və oyunlara qatıla biləcək.
Qeyd edək ki, Mahir 3:3 hesabı ilə yekunlaşan “Fortuna” ilə matçda komandasının 2-ci qolunu vurub.