EN

ŞƏMKİRDƏ 2 yaşlı körpə həyatını itirdi

Şəmkirdə körpə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, azyaşlı uşaq dərmandan zəhərlənib. Hadisə rayonun Mahmudlu kəndində baş verib.

2023-cü il təvəllüdlü T. Tapdıqov evdə dərmandan zəhərlənib və onu xəstəxanaya çatdırmaq mümkün olmayıb.

2 yaşlı körpə yaşadığı evdə vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Chosen
2
1
bizim.media

2Sources