EN

Ankaradan tələb: “Rusiyaya qarşı bank sanksiyaları ləğv edilsin”

Yazını böyüt
Yazını kiçilt

Ankaradakı diplomatik mənbələr Rusiyaya qarşı bank sanksiyalarının aradan qaldırılmasının artıq “zərurətə” çevrildiyini, bu addımın region ölkələri, xüsusilə Türkiyə üçün iqtisadi əməkdaşlığı gücləndirmək imkanı yaradacağını bildirib.

Hafta.az-ın RİA-ya istinadən yazdığına görə, anonim mənbələr sanksiyaların ləğvinin Rusiya ilə Türkiyə arasında bank və ticarət əlaqələrini canlandıra biləcəyini vurğulayıb.

Ötən ilin ortalarında başlayan sanksiya narahatlıqları Türkiyədəki dövlət banklarının rublla hesabların açılmasına və pul köçürmələrinə ciddi məhdudiyyətlər qoymasına səbəb olub. 2025-ci ilin martında Ziraat Bankının Ankara filialının rəsmisi Türkiyənin dövlət banklarının hələ də rubl hesabı açmadığını və Türkiyə ilə Rusiya arasında pul köçürmələrində problemlərin davam etdiyini bildirib.

2024-cü ilin oktyabrında BRİCS sammiti çərçivəsində Kazanda görüşən prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin, iki ölkənin müvafiq qurumlarının bank əməliyyatları ilə bağlı problemlərin həlli üçün çalışdıqlarını açıqladılar. Digər tərəfdən, fevralda Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov xarici güclərin iki ölkənin atdığı addımları diqqətlə izlədiyini və bu prosesə mane olmaq cəhdlərinin olduğunu bildirmişdi.

Chosen
0
hafta.az

1Sources