BAKI, 29 aprel, TELEQRAF
"Ermənistan hökuməti artilleriya və ya raketləri Hindistandan, onun mərmilərini isə Fransadan alır. Bunu necə icra edəcəklərini, düzünü desəm, bilmirəm. Ukrayna müharibəsi göstərdi ki, Fransadan sifariş edilən “Sezar” adlanan silah yaxşı artilleriyadır, son dərəcə incədir. Bu döyüş şəraitində onu təmir etmək mümkün deyil. Müəyyən hərbi büdcəmiz var. Onu xərcləməlidirlər, amma nəyə və hara xərcləyirlər, bilinmir".
Teleqraf xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan tələbələrlə görüşündə bildirib.
Onun sözlərinə görə, Ukraynadakı müharibə göstərir ki, 60, 70 və 80-ci illərin silahları indiyə qədər ən etibarlı silahlardır: "Biz döyüşdə Bayraktarlara məğlub olduq. Amma Rusiyanın hava hücumundan müdafiə qüvvələri bütün Bayraktarlar 2 həftə ərzində vura bildi. BizBayraktar haqqında müharibənin ilk 2-3 həftəsində məlumat ala bildik. Böyük Bayraktarları radarlar tuta bilirdi, kiçikləri isə yox. Biz Bayraktarlarla bağlı məsələni ilk 2 həftədə həll edib tamamlamalıydıq. Döyüşə hazır orduya sahib olmaq üçün bizim hərbi-siyasi müttəfiqlərimiz olmalıdır; biz Çin və Rusiya deyilik. Bu məsələləri çox tez həll etmək lazımdır. Son illər Ermənistana demək olar ki, heç bir xarici sərmayə qoyulmayıb. Bunun səbəbi nədir? Çoxlu fabrik açıblar, heç biri işləmir. Sadəcə şəkil çəkmək üçün nəsə açırlar, amma heç nə alınır. Sırf xidmət ölkəsinə çevrilirik".