EN

Premyer Liqa: “Sumqayıt” “Neftçi” üzərində qələbəni əldən verdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 32-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Sumqayıt” doğma meydanda “Neftçi” ilə üz-üzə gəlib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş qarşılaşmanı Fərid Hacıyev idarə edib.

Bu, sözügedən komandaların milli çempionatdakı 51-ci görüşü idi. Əvvəlki 50 oyunda “Sumqayıt” 15, “Neftçi” 24 qələbə qazanmışdı, 11 heç-heçə qeydə alınmışdı. Son iki qarşılaşmada qol vuran komanda qalib gəlmişdi. “Sumqayıt” son iki ev görüşündə bu rəqibi üzərində qələbə qazanmışdı.

Bu oyuna da “Sumqayıt” daha yaxşı başlayıb. Amma Vaqif Cavadovun komandası 2:0 hesabıyla önə keçdiyi bu oyunda qələbə hesabını qoruya bilməyib. Dörd qolluq görüşün yekununda tərəflər hərəyə 1 qolla kifayətləniblər.

Bu heç-heçədən sonra “Neftçi” 36 xalla Premyer Liqanın turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. “Sumqayıt” isə 30 xalla 8-cidir.

Premyer Liqa
32-ci tur
28 aprel

“Sumqayıt” – “Neftçi” 2:2
Qollar: Bobur Abduholikov, 21. Ronaldo Vaskes, 52 – Bassala Sambu, 60. Andrey Ştoqrin, 87.
Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Teymur Teymurov, Rauf Cabbarov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:00.

Sumqayıt: 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanov, 19. Roi Kehat, 5. Alan Dias, 23. Ronaldo Vaskes, 9. Bobur Abduholikov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 94. Rəşad Əzizli, 7. Rövlan Muradov, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 12. Georgi Karaişvili, 11. Momo Yansane, 99. Silvanus Nimeli, 60. Tresor Mossi, 77. Casurbek Caloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.

Neftçi: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 4. Elvin Camalov, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 9. Bassala Sambu, 88. Andrey Ştoqrin.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 78. Elcan Əbilov, 22. Dembo Darbo, 77. Yeqor Boqomolski, 11. Aleks Fernandes.
Baş məşqçi: Samir Abasov.

Chosen
2
1
arena.az

9Sources