Qeyd edək ki, Hindistanın nəzarətində olan Cammu və Kəşmir əyalətinin Pahalqam rayonunda silahlı şəxslərin turistlərə atəş açması zamanı 26 nəfər ölüb, çox sayda insan yaralanıb. Hindistan hadisənin Pakistan tərəfindən həyata keçirildiyin iddia edib. Tərəflər arasında gərginləşən vəziyyət sərhəddə atışmalarla müşahidə edilib. Hindistana hərbi yardım göndərən Çin, tərəfləri təmkinli olmağa səsləyib. Bundan əvvəl, Türkiyənin Pakistana hərbi dəstək göndərdiyi barədə xəbərlər dərc edilmişdi.