Demokrat.az xəbər verir ki, bu barədə İran Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisəni törədənlərin tapıldığı qeyd edilir. Hazırda faktla bağlı araşdırma aparılır.
Aprelin 26-da Fars körfəzi sahillərində dəniz limanının ərazisində təhlükəli materiallar və kimyəvi maddələr olan anbarda partlayış baş verib. IRIB telekanalının verdiyi məlumata görə, yanacaq çəni partlayıb, bundan sonra hadisə yerində yanğın başlayıb və liman binalarından biri dağılıb.
Hadisə şahidlərinin sözlərinə görə, partlayışı Bəndər Abbas və Qeşm adasının sakinləri hiss ediblər. Hadisədən sonra limanın fəaliyyəti dayandırılıb. Yüzlərlə insan yaralanıb, bəzilərini xilas etmək mümkün olmayıb.
Əfsanə Kamal
Demokrat.az