EN

Bəxtiyar Aslanbəyli: "BTC layihəsinə təqribən 6 milyard ABŞ dolları investisiya qoyulub"

Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsi üzrə fəaliyyətlərə 2006-cı ilin iyun ayında neft ixrac kəməri istismara veriləndən 2024-cü ilin sonunadək təqribən 6 milyard ABŞ dolları əsaslı məsrəflər xərclənib.

"Report" xəbər verir ki, bu barədə BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli sosial şəbəkələrdəki hesabında bildirib.

Onun sözlərinə görə, bu dövr ərzində boru kəməri vasitəsilə ümumilikdə təqribən 591 milyon ton (4,4 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhan terminalından 5862 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

1768 km uzunluğunda olan BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

Chosen
3
15
report.az

9Sources