EN

“Ludoqorets” ardıcıl 14-cü dəfə çempion oldu

“Ludoqorets” futbol üzrə Bolqarıstan çempionatının 2024/2025-ci illər mövsümünün qalibi olmaqla ardıcıl 14-cü çempionluğunu rəsmiləşdirib.

Arena.az xəbər verir ki, mövsümün əvvəlində “Qarabağ”ın səfərdə 7:2 hesabı ilə qalib gəldiyi bu komanda yenə Bolqarıstan çempionu titulunu qoruyub.

31-ci turda “Çerno More”yə qalib gəlmiş (2:0) Razqrad klubu finişə beş tur qalmış rəqibləri üçün əlçatmaz olub. Hazırda bu komandanın hesabında 79 xalı var. “Levski” (Sofiya) 63 xalla ikinci, “Arda” isə 54 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, “Ludoqorets”in uğurlu seriyası 2011/2012-ci illər mövsümündən başlayıb. Həmin mövsümdən bəri bu komanda hər il Bolqarıstan çempionu olur. Razqrad klubu çempionluqların sayına görə yalnız liderlər ÇSKA (31) və “Levski”dən (26) geri qalır.

Chosen
2
arena.az

1Sources