Conatan Tanın cari mövsümün sonunda "Bayer"dən ayrılacağı gözlənilir.

Offsideplus.az xəbər verir ki, "Barselona" almaniyalı müdafiəçini transfer etməyə əsas namizəddir. "İnter" klubu bu keçiddə "blauqrana"nın önünə keçmək istəyir.

Bu barədə "Calciomercato" portalı məlumat yayıb.

"İnter" Tanı azad agent kimi heyətinə qatmağı planlaşdırır. "Neradzuri" bu həmlə ilə müdafiə xəttini daha da gücləndirməyi düşünür.

Ta 2015-ci ildən "Bayer"də çıxış edir.