EN

Elektrik kəsilib, metro boşaldılıb, həyat dayanıb: Bu ölkələrdə nə baş verir?

İspaniya və Portuqaliyanın böyük bölgələrində elektrik enerjisi kəsilib. Metrolar boşaldılıb, nəqliyyatın hərəkətində problem yaranıb. Fransanın İspaniya ilə həmsərhəd bölgələrinin də oxşar problemlə üzləşdiyi bildirilib.

Publika.az xəbər verir ki, İspaniyanın elektrik şəbəkəsi operatoru “Red Electrica” elektrik enerjisini bərpa etmək üçün enerji şirkətləri ilə işlədiklərini bildirib.

"Bütün şəbəkə kəsilib, yerli vaxtla saat 12:30-dan etibarən qatar xidmətləri dayanıb və stansiyalardan gedişlər mümkün deyil. Hadisələr yaxından izlənir və xidmətlərin normal vəziyyətə gətirilməsi üçün səylər davam etdirilir”, - deyə İspan Dəmiryolu Şirkətinin açıqlamasında qeyd edilib.

Madridin Barajas beynəlxalq hava limanı elektriksiz qalıb, telekommunikasiyalar da təsirlənib. Portuqaliya, Andorra və Fransanın İspaniya ilə həmsərhəd bölgələrindəki vətəndaşlar da elektrik enerjisinin kəsilməsindən təsirləndiklərini bildiriblər.

Chosen
2
publika.az

1Sources