Bakı. Trend:
Çin Azərbaycanla dostluq və tərəfdaşlığı yüksəkqiymətləndirir.
Trend xəbər verirki, bu barədə Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünün elm vətexnologiyalar üzrə baş katibinin müavini Renyin Li Bakıdakeçirilən Qlobal Cənub QHT platformasının təsisat konfransınıngedişində danışıb.
“Azərbaycan və Çin zamanın sınağından keçmiş unikal dostluq vəqarşılıqlı dəstək münasibətlərini bölüşür. Bu, bizim inkişaf, rifahvə dayanıqlılıqla bağlı ümumi hədəflərimizin gücləndirilməsinəvasitəçilik edir. Bizim strateji tərəfdaşlıq qarşılıqlı hörmət,bərabərlik və daha ədalətli dünyanın qurulmasına olan ümumiöhdəliyə əsaslanır”, - deyə o bildirib.
Onun sözlərinə görə, Çin 2035-ci ilə qədər yenilənmiş millitöhfəni ictimaiyyətə təqdim edəcək. Son illər Çin karbohidrogenkarbon tullantılarının azaldılmasında, bərpaolunan enerjimənbələrinin payının artırılmasında, meşə massivləriningenişləndirilməsində, təbiətin vəziyyətinin yaxşılaşdırılmasında,habelə çirklənmə səviyyəsinin azadılması vəenerji-səmərəliliiyiinin artırılmasında əhəmiyyətli irəliləyişənail olub.
"Çin iqlim dəyişikliyi ilə mübarizəyə və beynəlxalq əməkdaşlığıninkişaf etdirilməsi öhdəliyinə sadiqdir. Biz Azərbaycanla vəbeynəlxalq ictimaiyyətlə dostluq münasibətlərimizi yüksəkqiymətləndiririk. Birgə səylərimizlə daha təmiz, "yaşıl" vəədalətli bir dünyanın qurulmasına əhəmiyyətli töhfə verə bilərik",- Renin Li bildirib.