Bazar ertəsi günü İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfərə gəlib.
Hazırda o, Azərbaycan Prezidenti İlhan Əliyevlə görüşür, Azərtac yazıb.
Bu, etnik azərbaycanlı olan Məsud Pezeşkianın Prezident kimi Azərbaycana ilk səfəridir.
Məsud Pezeşkian 2024-cü ilin iyununda İran Prezidenti seçilib.
Pezeşkian ölkəsində "korrupsiya və qohumbazlıqdan uzaq" birisi kimi tanınır.
İxtisasca həkim olan 70 yaşlı Pezeşkian İranda nazir, nazir müavini, parlamentdə spikerin birinci müavini kimi müxtəlif vəzifələr tutub.
2023-cü ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücum olub.
Azərbaycanın Tehrandakı səfirliyinə hücum nəticəsində mühafizə rəisi həlak olub, iki təhlükəsizlik əməkdaşı yaralanıb.
Ondan bəri iki ölkə arasında münasibətlər vaxtaşırı gərginləşib, sakitləşib.