EN

Asiya İnkişaf Bankıkredit və texniki yardım şəklində 2024-cü ildə Azərbaycana göstərdiyi dəstəklə bağlı əsas rəqəmləri açıqlayıb

Bakı. Trend:

31 dekabr 2024-cü ilə qədər olan vəziyyətə əsasən, Asiya İnkişafBankı Azərbaycanın dövlət sektorunda ümumilikdə 4,4 milyard ABŞdolları həcmində 71 kredit, qrant, zəmanət və texniki yardımayırıb.

Bu barədə TrendAİB-ə istinadən xəbər verir.

AİB-in cari suveren portfelində Azərbaycanın 613.68 milyon ABŞdolları həcmində 2 krediti və 1 dövlət zəmanəti var.

"AİB Azərbaycanın nəqliyyat sektorunda əsas tərəfdaşlardanbiridir. Dəyəri 400 milyon ABŞ dolları olan Dəmir Yolu Sektorununİnkişaf Proqramı Sumqayıt – Yalama dəmir yolu xəttinin bərpasını vədəmir yolu sahəsində islahatların, o cümlədən, "Azərbaycan DəmirYolları" QSC-də korporativ idarəetmənin təkmilləşdirilməsi,əməliyyat səmərəliliyinin və maliyyə dayanıqlığının artırılmasınıdəstəkləyir.

2024-cü ildə AİB Azərbaycanın dəmir yolu şəbəkəsinintəhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin daha daartırılması məqsədilə "Azərbaycan Dəmir Yolları"nın rəqəmsal keçidilayihəsi üçün 47 milyon ABŞ dolları məbləğində kredit təsdiqləyib",– deyə Bankdan bildirilib.

AİB, eyni zamanda, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29)uğurla keçirilməsində dəstək göstərdiyini vurğulayıb. 2024-cü ilinsonuna qədər AİB COP29 Sədrliyinin Fəaliyyət Gündəliyininhazırlanması və həyata keçirilməsi üçün ümumilikdə 1,1 milyon ABŞdolları məbləğində texniki yardım ayırıb.

2024-cü il dekabrın 31-nə olan vəziyyətə əsasən, AİB-inAzərbaycandakı qeyri-suveren əməliyyatlar üzrə ödənilməmişqalıqları və çıxarılmamış öhdəliklərinin ümumi məbləği 143,29milyon ABŞ dolları təşkil edib ki, bu da AİB-in ümumi özəl sektorportfelinin 1,11 faizinə bərabərdir.

Azərbaycan üzrə suveren və qeyri-suveren kreditlər üzrə ümumiödənişlər 4,07 milyard ABŞ dolları təşkil edib. Bu vəsaitlər AİB-inadi kapitalının həm adi, həm də güzəştli resursları hesabınamaliyyələşdirilib.

Məqalədə:
Chosen
1
az.trend.az

1Sources