EN

Lavrov Moskva və Kiyev arasında mümkün danışıqları şərh edib

"Moskva Ukrayna məsələsi üzrə danışıqlara hazırdır, lakin top hazırda Rusiyanın əlində deyil".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Braziliyanın “O Globo” qəzetinə müsahibəsində vurğulayıb.

O qeyd edibki, Kiyev hazırda danışıqlar aparmaq qabiliyyətini nümayiş etdirmir.

"Biz danışıqlara açığıq. Amma top bizim meydançada deyil. Hələlik Kiyev danışıqlar aparmaq qabiliyyətini nümayiş etdirməyib. Ukrayna Silahlı Qüvvələrinin nə enerji obyektlərinə hücumlara 30 günlük moratoriuma, nə də 30 saatlıq Pasxa atəşkəsə əməl edə bilməməsini başqa necə izah etmək olar?" - Lavrov bildirib.

Chosen
4
operativmm.az

1Sources