EN

Braziliyalı nümayəndə: Azərbaycanın beynəlxalq dialoqa misilsiz dəstəyini hiss edirik

“Bugünkü forum Azərbaycan üçün geniş təcrübə və imkanlar yaradacaq, həm də QHT-lər arasında əməkdaşlığın gücləndirilməsinə təkan verəcək”.

APA xəbər verir ki, bunu braziliyalı nümayəndə Almir Lima Nascimento APA-ya açıqlamasında deyib.

O bildirib ki, bu forumun ən vacib əhəmiyyəti təkcə fikir və ideya mübadiləsindən yox, həm də onların həyata keçirilməsi yollarının axtarılmasından ibarətdir: “Ümumilikdə, fikir mübadiləsi üçün platformalar çoxdur, əsas olan onların ideya olaraq qalmamasıdır. Mən inanıram ki, bugünkü forum Azərbaycan üçün geniş təcrübə və imkanlar yaradacaq, həm də QHT-lər arasında əməkdaşlığın gücləndirilməsinə təkan verəcək. Bu foruma ev sahibliyi edən Azərbaycanın beynəlxalq dialoqa misilsiz dəstəyini hiss edirik”.

Chosen
6
1
apa.az

2Sources