EN

Azərbaycandakı kredit ittifaqlarının zərəri 78 %-ə yaxın azalıb

Azərbaycandakı kredit ittifaqları bu ilin I rübünü 0,2 milyon manat zərərlə başa vurub.

"Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 77,5 % azdır.

Yanvar-mart aylarında kredit ittifaqlarının gəlirləri 0,6 milyon manat (illik müqayisədə 16,7 % çox), xərcləri 0,4 milyon manat (13,3 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 0,5 milyon manat (54,55 % az) təşkil edib.

Bu il aprelin 1-nə kredit ittifaqlarının aktivləri 12,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,8 % azdır. Bunun 10,7 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 1,8 % kiçilib.

Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 20,6 % azalaraq 2,7 milyon manata düşüb, balans kapitalı isə 6,5 % artaraq 9,8 milyon manata çatıb.

Chosen
3
report.az

1Sources