EN

“Go Camp” Piknik layihəsi könüllüləri yenidən bir araya gətirib

Naxçıvan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondunun dəstəyi, Könüllü Təşkilatları İttifaqı və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Go Camp” Piknik layihəsinin növbəti istiqaməti muxtar respublikada baş tutub.

AZƏRTAC xəbər verir ki, könüllülər arasında birliyin təşviqi və şəbəkələşməsi məqsədi ilə ay ərzində fəallıq göstərən könüllülər Zəngəzur Milli Parkının Batabat ərazisində müxtəlif oyunlar və idman yarışları ilə asudə vaxtlarını dəyərləndiriblər.

Daha sonra Azərbaycan könüllüləri üçün nahar və çay süfrəsi arxasında maraqlı və yaddaqalan anlar təşkil olunub.

Qeyd edək ki, “Go Camp” piknik layihəsinin davamlı həyata keçirilməsi nəzərdə tutulur.

Chosen
0
7
ekologiya.az

8Sources