EN

Fransada məsciddə qətl törətməkdə şübhəli bilinən şəxs polisə təslim olub

Fransanın cənubundakı La-Qran-Komb kommunasında məsciddə bir nəfərin qətlində şübhəli bilinən şəxs İtaliyada hüquq-mühafizə orqanlarına təslim olub.

"Report" xəbər verir ki, bu barədə "France Presse" agentliyi bu işi aparan prokurora istinadən məlumat yayıb.

“Məsciddə bir nəfəri öldürməkdə şübhəli bilinən şəxs İtaliyanın mərkəzindəki polis bölməsində təslim olub”, - məlumatda qeyd edilib.

Daha əvvəl Fransanın daxili işlər naziri Bruno Retayo bildirib ki, şübhəli şəxs bundan əvvəl qatil statusu qazanmaq üçün bir neçə nəfəri öldürmək istədiyini sosial şəbəkədə etiraf edib.

Məlumata görə, qətl aprelin 25-də baş verib. Şübhəli məsciddə həmin şəxsə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.

Chosen
2
43
report.az

10Sources