EN

Berlin siyasi dairələri Trampın yeni yanaşmasını gözləyir

Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında Vatikanda keçirilən görüşdən sonra Berlin siyasi isteblişmenti Rusiya və Ukrayna arasında danışıqlar prosesinin aparılmasında Vaşinqtonun mümkün növbəti addımları ilə bağlı ehtiyatlı nikbinlik ifadə etməyə başlayıblar.

Herbiand.az xəbər verir ki, Xristian Demokratik İttifaqının (CDU) xarici siyasət üzrə eksperti Yurgen Hardt aprelin 28-də bazar ertəsi dərc olunan Rheinische Post qəzetinə müsahibəsində bildirib ki, Trampın Vatikanda Vladimir Zelenski ilə görüşündən sonra verdiyi açıqlamalar və ABŞ prezidentinin Rusiyanın Ukraynanın mülki infrastrukturuna son aviazərbələrinə münasibəti göstərir ki, Tramp “Kremlin gecikdirmə taktikasına görə Putinə səbrini itirir”.

Ekspertin qənaətinə görə Tramp Putinin vaxtı uzatmaq siyasətinə görə, ona inamını itirir.

Chosen
8
herbiand.az

1Sources