"Real Madrid" klubunda baş məşqçi Karlo Ançelotti artıq paltardəyişmə otağında futbolçularla vidalaşıb.
Offsideplus.az xəbər verir ki, italyan mütəxəssisin komandadan gedişi tezliklə rəsmiləşəcək. İndiki halda baş məşqçiliyə namizədlər arasında "Kral klubu"nun qarşısında 2 seçim var. Klub rəhbərliyi Klubları dünya Kubokunda komandanın sükanı arxasına aşağıdakı 2 şəxsdən birini gətirəcək:
Santyaqo Solari müvəqqəti məşqçi olaraq və ya Xabi Alonso yeni baş məşqçi kimi.
Qeyd edək ki, klublararası dünya çempionatı 14 iyun - 13 iyul tarixlərində keçiriləcək.