EN

Super Liqa: “Qalatasaray” “Eyüpspor”u 5 qolla məğlub etdi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 33-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

Yeddi qolun qeydə alındığı “Trabzonspor” – “Alanyaspor” matçında meydan sahibləri qələbə qazanıblar. Dörd qolluq “Konyaspor” – “Adana Dəmirspor” görüşü də meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Kayserispor” da “Rizəspor”u xalsız yola salıb.

Lider “Qalatasaray” isə bu gün səfərdə “Eyüpspor”la üz-üzə gəlib. Altı qolun qeydə alındığı bu görüşdə “sarı-qırmızılar” darmadağına seviniblər və zirvədəki mövqelərini daha da möhkəmləndiriblər.

Super Liqanın 33-cü turuna aprelin 28-də keçiriləcək “Göztəpə” – “Başakşəhər” matçı ilə yekun vurulacaq.

Türkiyə, Super Liqa
33-cü tur

25 aprel

Beşiktaş – Hatayspor 5:1
Qollar: İmmobile, 36-pen; 52-pen; 59. Rafa Silva, 53. Arroyo, 78 – A.Parmak, 20.

26 aprel

Sivasspor – Antalyaspor 2:0
Qollar: Radakoviç, 62. Manay, 75.

Bodrumspor – Samsunspor 1:2
Qollar: A.Aslan, 4 – Ntçam, 10-pen. Dimata, 38.

Qaziantep – Fənərbağça 1:3
Qollar: A.Maksim, 13 – Taliska, 68-pen. Dzeko, 69. Fred, 72.

27 aprel

Konyaspor – Adana Dəmirspor 3:1
Qollar: Bazoer, 69; 78. A.Burak, 90+4-öz qapısına – S.Kavrazlı, 45+3.

Trabzonspor – Alanyaspor 4:3
Qollar: Zubkov, 7. Sikan, 17; 38. Banza, 45+5 – Kordova, 27. Haderqyonay, 45-pen. Şporar, 52.

Eyüpspor – Qalatasaray 1:5
Qollar: Klaro, 79 – Sallai, 29. L.Torreyra, 56. Osimhen, 71. Morata, 87; 89.

Kayserispor – Rizəspor 1:0
Qol: Burabia, 43.

28 aprel

21:00. Göztəpə – Başakşəhər

Chosen
16
1
arena.az

4Sources