EN

Azərbaycan səfirliyinə hücumun icraçısının edamı üçün zəruri hazırlıqlar başa çatıb

İran tərəfi, Azərbaycan səfirliyinin təhlükəsizliyinin təmin olunması üçün əlavə tədbirlər həyata keçirib və bu cür hadisələrin təkrarlanmasının qarşısının alınması üçün müvafiq addımlar atılıb.

İranın Ədliyyə Orqanı, Azərbaycan səfirliyinə qarşı törədilmiş silahlı hücumun icraçısına qarşı verilən edam hökmünün icrası üçün bütün hazırlıqların tamamlandığını açıqlayıb.

Operativ Media xəbər verir ki, İran İslam Respublikasının Ədliyyə Orqanı tərəfindən yayımlanan rəsmi məlumatda bildirilir ki, hücum hadisəsi dərhal araşdırılıb, cinayət işi açılıb və hüquqi prosedurlar sürətlə həyata keçirilib.

Nəticədə, məhkəmə tərəfindən təqsirkar şəxsə qisas cəzası (edam hökmü) verilib.

Açıqlamada, həmçinin hadisə nəticəsində həlak olan şəxsin və onun ailəsinin hüquqlarının qorunduğu və haqlı tələblərinin nəzərə alındığı vurğulanıb.

İran tərəfi, Azərbaycan səfirliyinin təhlükəsizliyinin təmin olunması üçün əlavə tədbirlər həyata keçirib və bu cür hadisələrin təkrarlanmasının qarşısının alınması üçün müvafiq addımlar atılıb.

Chosen
13
operativmedia.az

1Sources