EN

"Liverpul"dan tarixi nəticə - Premyer Liqanın ən titullu klubu

"​Liverpul" İngiltərə Premyer Liqasının 24-cü turunda "Tottenhem"i 5:1 hesabı ilə məğlub edərək çempionluğunu vaxtından əvvəl rəsmiləşdirib.

90deqiqe.Az-ın məlumatına görə, Arne Slotun yetirmələri xallarının sayını 82-yə çatdırıb və əsas rəqibləri olan "Arsenal" üzərində 15 xallıq üstünlük əldə ediblər.

Beləliklə, "Liverpul" ölkə çempionluğunu 20-ci dəfə qazanaraq Premyer Liqa tarixində ən çox medal qazanan komanda olub. Sonuncu dəfə 2012/2013 mövsümündə çempion olan "Mançester Yunayted"in qolları da eyni göstəricidədir.

İngiltərə Premyer Liqasında qələbə sayına görə üçüncü yerdə “Arsenal” klubu qərarlaşıb. "Topçular"ın 13 çempion titulları var. “Mançester Siti” 10 titulla dördüncü yerdədir.

Chosen
5
90deqiqe.az

1Sources