Qrenlandiyanın yeni Baş naziri Yens Frederik Nilsen ABŞ ilə güclü tərəfdaşlıq qurmağa və ikitərəfli münasibətləri inkişaf etdirməyə hazır olduqlarını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Danimarkanın "TV2" kanalı yayıb.
Nilsen vurğulayıb ki, Qrenlandiya tərəfdaşlıqda qarşılıqlı hörmətin qorunmasını istəyir:
"Biz güclü tərəfdaşlığa və münasibətlərin daha da inkişafına hazırıq. Ancaq hörmət görmək istəyirik", — deyə o qeyd edib. (APA)
Bizim.Media