Xəzər rayonu, Buzovna qəsəbəsində, “Binə yolu” adlanan ərazidə tez-tez ağır yol qəzaları baş verir. Səbəb isə ensiz və səkisi olmayan yolun magistral yol kimi sürətli və intensiv hərəkətli olmasıdır. Bəs belə yerdə piyada keçidi və yol nişanları niyə yoxdur?
Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, nə yol nişanları, nə də piyada keçidi olan bu yolda dəfələrlə ağır yol qəzaları baş verib.
Şikayətçilərin sözlərinə görə, yaxınlıqda məktəb yerləşir, məktəblilər də birbaşa yola çıxırlar.
Sakinlərin şikayəti ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Agentlikdən "Xəzər Xəbər"ə bildirildi ki, əraziyə baxış keçiriləcək və təhlillər aparılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: