EN

Emin Mahmudov yenə zədələndi


"Neftçi" Azərbaycan Premyer Liqasının XXXII turunda səfərdə "Sumqayıt"la oyuna itkilərlə çıxacaq.

News24.az Teleqraf-a istinadla xəbər verir ki, paytaxt təmsilçisinin 5 futbolçusu zədə səbəbindən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyunu buraxacaq.

"Ağ-qaralar"a kapitan Emin Mahmudovla yanaşı, Emil Səfərov, Robert Bauer, Rafael Quzzo və Ryonosuke Ohori kömək də bilməyəcək.

Mahmudov aprelin 23-də "Sabah"a qarşı Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündə zədələnib. Onun daha əvvəl də xəsarət alaraq, bir ayadək yaşıl meydanlardan uzaq qalmışdı.

Qeyd edək ki, aprelin 28-də keçiriləcək “Sumqayıt” – “Neftçi” oyunu saat 20:00-da start götürəcək.

Chosen
5
1
news24.az

2Sources