"Ümidimizi üzmürük". 

Offsideplus.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"a qarşı MPL-nin XXXII tur oyunundan sonra "Səbail"in baş məşqçisi Elvin Məmmədov söyləyib. Gənc mütəxəssis 1:1 hesablı heç-heçə ilə başa çatan oyunu belə şərh edib: 

"Rəqibin gücünə bələd idik. "Araz-Naxçıvan"a qarşı matç yaxşı oyun oldu. Geridə olduğumuz oyunda hesabı bərabərləşdirə bildik. Qələbə qazansaydıq, motivasiyamız artardı. Bu gün bizim qol epizodumuz daha çox idi. Sofirin zədəsi olduğu üçün oyuna gec qoşuldu. Ketaya gəlincə, Nihad yorulduğu üçün onu meydana buraxdıq. Madi daha hücumameylli idi. 3 xal olsa idi, daha gözəl olardı. Ümidimizi üzmürük. Növbəti oyunlara köklənəcəyik". 

36 yaşlı çalışdırıcı futbolçuları ilə birgə liqada qalmaq şanslarının olduğuna inanır:

"Hər şey ola bilər, niyə olmasın?! Biz onlara güvənməliyik, futbolçularımızın hesabına bu durumdan çıxa bilərik. Deməzdim ki hər bir oyun bizim üçün çətindir. 5-6 gün sonra Şamaxıda oyunumuz var. Ayxan Abbasovun komandası ilə oyun həmişə ağır olur".