EN

"Səbail"in baş məşqçisi: Hər halda, uduzmadıq

BAKI. 27 aprel. TELEQRAF

"Hər halda, uduzmadıq".

Teleqraf xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Elvin Məmmədov evdə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXII tur matçından sonra mətbuat konfransında deyib.

37 yaşlı mütəxəssisin sözlərinə görə, komandası qələbə qazana da bilərdi: "Bizi çətin oyunun gözlədiyini bilirdik. Ən azından ona görə ki, rəqibin turnir cədvəlindəki mövqeyi və futbolçularının fərdi keyfiyyətlərinə bələd idik. Yaxşı oyun oldu, futbolçular əzmkar mübarizə apardılar. Geridə olduğumuz oyunda bərabərlik yaratdıq. Son dəqiqələrdə də qol vursaydıq, bəlkə də bu gün 3 xalı qeyd edərək, daha motivasiyalı olardıq. Bundan sonrakı oyunları düşünərək, çatışmazlıqlar üzərində işləyəcəyik".

Chosen
19
teleqraf.com

1Sources