EN

Flik şəxsi nəticəsini yaxşılaşdırdı, “finallar kralı” oldu

İspaniya Kral Kubokunun “Real”a qarşı final oyunu “Barselona”nın alman baş məşqçisi Hans-Diter Flik üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, “Barselona” əsas vaxtı 2:2 hesabı ilə başa çatmış oyunun əlavə vaxtında əzəli rəqibinə daha bir qol vuraraq, 3:2 hesablı qələbəni bayram edib.

Beləliklə “Hansi” Flik məşqçilik karyerası ərzində müxtəlif yarışlarda 7-ci dəfə yüksəldiyi finalında 7-ci qələbəsini qazanıb.

Buna qədər alman mütəxəssis “Bayern”lə Almaniya Kubokunu, Almaniya Super Kubokunu, Çempionlar Liqasını, UEFA Kubokunu, UEFA Super Kubokunu, həmçinin “Barsleona” ilə İspaniya Super Kubokunu qazanmışdı.

Eləcə də Flik “Bayern”lə iki dəfə Almaniya Bundesliqasının qalibi olub.

Chosen
15
arena.az

1Sources