EN

Gəncədə 23 yaşlı oğlan ürəyindən bıçaqlandı

​BAKI, 27 aprel. TELEQRAF

Gəncədə 23 yaşlı oğlan bıçaqlanıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Gəncə şəhərində məskunlaşan Kəlbəcər rayon Yellicə kənd sakini 2002-ci il təvəllüdlü Zamin Məmmədov döş qəfəsindən bıçaqlanıb. Gənc xəstəxanaya çatdırılıb. Vəziyyəti ağırdır. Hadisənin kim tərəfindən törədilməsi ilə bağlı araşdırma başlanılıb.

Chosen
7
4
teleqraf.com

1Sources