EN

Samuxda xəsarət alanların kimliyi AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Samuxda hərəkətdə olan "VAZ 2107 " ilə "VAZ 21015" markalı minik avtomobillərinin toqquşması zamanı 2-i azyaşlı olmaqla, 5 nəfər xəsarət alıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, xəsarət alanların sayı 6-ya çatıb.

Hadisə zamanı Daşkəsən rayon sakini, 1972-ci il təvəllüdlü Tahir Sadıqov, Samux rayon sakini, 1989-cu il təvəllüdlü Rəşad Əliyev, 1961-ci il təvəllüdlü C.Əliyev, 1990-cı il təvəllüdlü G.Əliyeva, 2015-ci il təvəllüdlü N.Əliyev və 2020-ci il təvəllüdlü F.Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Samux Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Chosen
4
18
bizim.media

10Sources