Samuxda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Samux avtomobil yolunun Samux rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Yol qəzası nəticəsində, Daşkəsən rayon sakini, 1972-ci il təvəllüdlü Tahir Sadıqov, Samux rayon sakini, 1989-cu il təvəllüdlü Rəşad Əliyev və bir qadın, 2 uşaq xəsarət alıb. Onların vəziyyətləri kafi qiymətləndirilir.
Zərərçəkənlər Samux Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız