Azərbaycanın cüdo yığması Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bu gün qarışıq komanda yarışında mübarizə aparacaq.
Milli yarışın son günündə Gürcüstan seçməsi ilə qarşılaşacaq.
1/8 final mərhələsinin görüşü Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan cüdoçuları turnirin fərdi yarışlarında 5 medal (1 gümüş, 4 bürünc) qazanıblar. Olimpiya çempionu Zelim Kotsoyev (100 kq) gümüş, Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) isə bürünc medala yiyələniblər.