Karlo Ançelottinin cari mövsümün sonunda "Real"dan ayrılacağı gözlənilir.

Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis Braziliya yığmasının yeni baş məşqçisi olacaq.

Bu barədə "Relevo" portalı məlumat yayıb.

Ançelotti Klublarası Dünya Çempionatı başlamamış "kral klubu"nu tərk edəcək.

O, Braziliya milli komandasının tarixində 3-cü əcnəbi baş məşqçi olacaq.