Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.
Bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında qeyd olunub.
“İran İslam Respublikasının Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş dağıdıcı partlayış bizi dərindən kədərləndirib.
Həlak olanların ailələrinə və yaxınlarına, İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasına səmimi-qəlbdən ümid edirik”, – paylaşımda vurğulanıb.