EN

Cənubi Koreya əsgəri səhvən Şimali Koreya istiqamətində atəş açdı

​BAKI, 27 aprel. TELEQRAF

Cənubi Koreya əsgəri səhvən Şimali Koreya istiqamətində pulemyotdan atəş açıb.

Teleqraf xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Hadisə 23 aprel çərşənbə günü səhər saatlarında Seuldan təxminən 70 kilometr şimalda yerləşən Çeorvon bölgəsində, iki ölkəni ayıran demilitarizasiya xəttində qeydə alınıb.

Məlumata görə, əsgər sərhəd bölgəsindəki nəzarət məntəqəsində səhvən K6 tipli iriçaplı pulemyotdan atəş açıb. Hadisədən dərhal sonra Cənubi Koreya rəsmiləri insident barədə Şimali Koreya tərəfini məlumatlandırıblar.

Hadisədən sonra Seul Şimali Koreya tərəfindən qeyri-adi hərbi fəaliyyət əlaməti müşahidə etməyib.

Chosen
7
teleqraf.com

1Sources